ALICI MÜQAVİLƏSİ
Bu Alıcı Müqaviləsi www.[saytınadı].az
saytının idarəçiliyini həyata keçirən, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) [VÖEN nömrəsi] olan [Şirkət adı] (“Satıcı”) ilə www.[saytınadı].az
saytında aşağıdakı şərtləri qəbul edərək qeydiyyatdan keçən və ya xidmət sifariş edən Alıcı arasında, Satıcının təqdim etdiyi xidmətlərdən Alıcının istifadə etməsi şərtlərini tənzimləmək məqsədilə bağlanılır.
Müqavilədə istifadə olunan əsas anlayışlar:
Alıcı Müqaviləsi – Onlayn xidmət sifarişi ilə bağlı bütün şərtlər.
Alıcı – Satıcının verdiyi texniki imkanlar vasitəsi ilə ödəniş edərək saytda qeyd olunmuş xidmətləri sifariş edən, həmçinin bu Alıcı Müqaviləsinin şərtləri ilə razılaşan fiziki və ya hüquqi şəxs.
Satıcı – Saytda öz xidmətlərini təqdim edən, xidmətlərin göstərilmə şərtlərini müəyyən edən hüquqi şəxs və ya fərdi sahibkar.
Sayt – Xidmətlərin onlayn sifariş məkanı olan “www.[saytınadı].az”
internet səhifəsi.
Xidmətlər – Saytda yerləşdirilmiş və ödəniş əsasında təqdim olunan xidmətlər (onlayn dərslər, hüquq məsləhəti, konsultasiya və s.).
Sifariş – Alıcının müəyyən etdiyi xidmətin göstərilməsi məqsədilə Saytda mövcud olan müvafiq formanın doldurularaq Satıcıya elektron formada göndərilməsi.
XÜSUSİ ŞƏRTLƏR:
Müqavilənin predmetini alıcı tərəfindən saytda əks olunan xidmətlərin sifarişi təşkil edir. Bu şərtlər saytda cari vaxtda satışda olan bütün xidmətlərə şamil olunur.
Saytdan xidmət sifariş edən Alıcı, bu Alıcı Müqaviləsi, saytda yerləşdirilmiş Məxfilik siyasəti, İstifadə Qaydaları, Geri qaytarma / Dəyişdirmə Siyasəti ilə tam razılaşdığını bəyan edir.
Saytda göstərilən xidmətlər, həmçinin təqdim olunma şərtləri ümumi oferta hesab olunur.
Satıcı xidmət sifarişi həyata keçirilənədək xidmət şərtlərini heç kimə xəbərdarlıq etmədən dəyişdirə bilər.
Sifariş o vaxt baş tutmuş sayılır ki, alıcı xidmətin dəyərini hər hansı formada ödəmiş olsun.
Alıcı tərəfindən yanlış məlumat verilməsi nəticəsində xidmətin göstərilməməsinə görə Satıcı məsuliyyət daşımır.
Satıcı tərəfindən göstərilən xidmətlərin məzmununa uyğun olaraq, xidmət tamamlandıqdan sonra ödəniş geri qaytarılmır. (Əks halda xüsusi şərtlərdə qeyd olunur).
Saytda göstərilən xidmətlərin qiyməti vergilər daxil olmaqla Azərbaycan manatı ilə göstərilir.
Satıcı birtərəfli qaydada xidmətlərin qiymətini dəyişdirə və endirim tətbiq edə bilər.
Xidmətlərin geri qaytarılması şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Əgər Satıcının təqsiri səbəbindən olmayan hallarda xidmətin geri qaytarılması tələb edilirsə, qaytarılma ilə bağlı xərclər alıcıdan tutula bilər.
Xidmətin təyinatına uyğun olmayan formada istifadədən yaranan nəticələrə görə Satıcı məsuliyyət daşımır.
Saytdan istifadə nəticəsində fərdi məlumatlardan istifadə üzrə münasibətlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
Bu razılaşmadan irəli gələn və ya onunla bağlı yaranan bütün mübahisələr, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilir. Əgər bu cür mübahisə 5 iş günü ərzində tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.