Whatsapp
1
Müşteri Desteği
Çevrimiçi
Merhaba! 👋 Size nasıl yardımcı olabilirim?
Şimdi
Vəkilim olmadan əsla...
09.09.2025

Vəkilim olmadan əsla...

         “Vəkilimlə əlaqə saxla”, “Vəkilim gəlmədən ifadə vermirəm”, “Vəkilimi tələb edirəm.”  ifadələrini serial yaxud filmlər də çox eşitmişik. Əslində bəs bu ifadələrin mahiyyəti nədir?

          İnsan  hər gün hüquqla yaşayır desək yanılmarıq. Çünki, sərnişin daşımadan kiçik alış-verişə qədər bütün hərəkətlərimizin bir ucu bu və ya digər şəkildə hüquqa çıxır. Hətta gündəlik həyatımızda ictimai qaydaları pozsaq yenə hüquqla qarşılaşırıq. Bir sözlə hüquq həyatımızın hər sahəsində mövcuddur.  Hüquqla bu qədər iç-içə ikən hüququmuzu daha effektiv necə qoruya bilərik? Yaxud hansı şəkildə hüquqa uyğun hərəkət edək ki, gələcəkdə hər hansı bir məsuliyyətmiz yaranmasın?

        Burada atalarımızın “çörəyi ver çərəkçiyə” sözü xatırlanır. Təbii ki, hüququ ən yaxşı anlayanlar hüquqşünaslardır. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi hüquq geniş sahə olduğu üçün hüquqşünasların da hamısı hüquq sahələrinin  hər birini müfəssəl bilməyə bilərlər. Bununla belə hüquqşünaslar içində bütün hüquq sahələrindən məlumatlı olan bir peşə varsa o da təbii ki, vəkillikdir. Vəkil hüquq sahələrinin böyük qismi ilə işlədiyi  üçün hüquqşünaslar arasında hüquqla ən çox  məlumatlıdır desək hər halda yanılmarıq. Digər tərəfdən onu da qeyd etməliyik ki, Azərbaycan qanunvericiliyinə əsasən peşəkar hüquqi yardım göstərən peşə mənsubları da vəkillərdir. Nəticə etibari ilə hüquqla bağlı müraciət etməli olduğumuz şəxsin vəkil olduğunu müəyyənləşdirdik.

         Bəs vəkilə müraciət etmək bizə nə verəcək? Məqaləmizin kuliminasıyasını bu təşkil edir. Başlıqlarla anlataq.

      Məsləhətli don geniş olar.

        Atalarımzın bu sözü təbii ki, həqiqəti əks etdirir. Vəkil məsləhəti alan şəxsin isə “donu” lap geniş olar. Belə ki, vəkil peşakardır. Hüquqla bağlı zatən onunla məsləhət etmək lazımdır. Qarşılaşdığınız problemlər, atacağınız addımların huquqi nəticəsini ən yaxşı bilən şəxs odur. Bu baxımdan onunla məsləhət vacibdir. Digər tərəfdən isə vəkilin böyük praktik məlumatları var. Qarşılışdığınız problemlərin, atacağınız addımların birdən çox həlli yolunu vəkil bilə bilər. Çünki, dəfələrlə sizin müraciətinizə oxşar işlərlə bağlı məhkəmə proseslərində olub. Hakimin, digər vəkillərin məsələyə yanaşma tərzini görüb. Bu baxımdan daha çox məlumatlıdır və sizə daha çox kömək edə bilər. Burada nəzərə alınacaq digər xüsus isə odur ki, vəkilin sizin probleminiz ilə bağlı digər vəkillərlə müzakirə etmək imkanı sizdən daha çoxdur. Bu baxımdan geniş  məsləhət alacağınız dəqiqdir.

         Ağacdan yıxılanın halını ağacdan yıxılan anlayar.

       Vəkil fəaliyyət göstərdiyi müddət ərzində fərqli sahədə baş vermiş problemlərlə qarşılaşır. Ona müraciət edən şəxslərin iş və yaxud şəxsi həyatında hər hansı məqamda etdiyi səhvlərin mənfi nəticələrini görür. Bu problemin həlli ilə bağlı araşdırma aparmaqla gələcəkdə həmin problemlə qarşılaşmamaq üçün yeni hüquqi yollar da tapır. Bu da müraciətçi tərəfindən qaldırılan problemin həllində və gələcəkdə bu kimi problemlə qarşılaşmamaq üçün əvvəlcədən hüquqa uyğun hərəkət edilməsi üçün yollar göstərir.

       Hüquqda görünən kəndə bələdçi lazımdır.

        Haqlı olduğun qədər haqlı olduğunu sübut etmək də önəmlidir. Bunun üçün qanunvericiliyin müəyyən etdiyi yollar və proseduralar mövcuddur. Məhkəməyə müraciət edərkən hansı mərhələlərlə hərəkət etmək lazımdır? Məhkəməyə qədər həll yollarından isitifadə etmək gərəklidirmi? Məhkəmə aidiyyəti məsələsi necə həll edilir? Vəs. Bütün bunlar hüququn prosessual tərəfini təşkil edir və bu yolda ən yaxşı bələdçi təbii ki vəkildir.

        Vəkil məsləhətində diqqət ediləcək xüsuslar.

Ø Vəkilin daha çox hansı sahədə ixtisaslaşdığını öyrənin

Ø Vəkil ilə ünsiyyətdə maksimum rahat olun və məlumatları gizlətməyin. Verdiyiniz məlumatlar konfidensialdır və qorunur.

Ø Vəkilin sizə ünvanladığı suallara konkret cavab verin. Bu həm sizin probleminizin həlli üçün vəkilə konkret istiqamət verir, həm də vaxta qənaət edir.

Ø Məsləhət üçün təyin edilmiş görüşə vaxtında gəlin

Ø Keyfiyyətli hüquqi yardım almaq üçün vəkil ilə əlaqə saxlayıb hansı sənədlərin gətirilməsi gərəkdiyini soruşun

       Həyatınızda hüquq məsələləri ilə bağlı hərəkətlərinizdə ”Vəkilim olmadan əsla” şüarını əsas götürün. Vəkil ilə məsləhət edin. Özünüzün hüquqlarınızı qoruyun!  Digərlərinin hüquqlarına hörmət edin!

 

Blog Son Eklenenler
Vəkilim olmadan əsla...
        “Vəkilimlə əlaqə saxla”,   “Vəkilim gəlmədən ifadə vermirəm”, “Vəkilimi tələb edirəm.”   ifadələrini serial yaxud filmlər də çox eşitmişik. Əslində bəs bu ifadələrin mahiyyəti nədir?
Prepared by  T-Soft E-Commerce.